Tezisin TEX və PDF-fayllarının nümunələrini buradan Abstract template.zip yükləyə bilərsiniz.
Tezislər yalnız ingilis dilində və həm PDF, həm də TEX formatda təqdim olunmalıdır. Həmçinin tezislər 3 səhifədən artıq olmamalıdır.
Hər bir iştirakçı yalnız bir tezisin müəllifi kimi elan edilə bilər.
Tezisi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Tezisin qəbul olunması və konfransda iştirakınızın qeydə alınması haqqında məlumat iştirakçının elektron ünvana göndəriləcəkdir.
Konfransın qeydiyyat haqqı:
yerli iştirakçı – 30 AZN;
xarici iştirakçı – 50 evro;
Tezisin qəbulu haqqında cavab məktubu aldıqdan sonra ödəniş haqqında qəbzi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Doktorantlar qeydiyyat haqqından azaddırlar.