Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu, Özbəkistan Elmlər Akademiyasının V.İ.Romankovski adına Riyaziyyat İnstitutu və Türkiyə Cümhuriyyəti Yıldız Texniki Universitetinin iştirakı ilə “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” adlı XII Beynəlxalq Elmi Konfrans 03-06 Sentyabr 2025-ci il Bakı, AZƏRBAYCAN tarixində keçiriləcəkdir.
Bu konfrans riyaziyyat, mexanika və riyaziyyat təhsili sahəsində mütəxəssislər üçün fundamental və tətbiqi riyaziyyat, mexanika, təhsilin bütün sahələrində ən son tədqiqat və inkişaf nəticələrini və onların real həyatda mümkün qabaqcıl tətbiqlərini təqdim etmək üçün beynəlxalq forum olacaq.
Qəbul edilmiş xülasələrin tam versiyalarının konfransın internet saytında qeyd olunan jurnallarda dərc etdirilməsi nəzərdən keçiriləcəkdir.
Konfransın rəsmi dili ingilis dilidir.
Konfransın veb səhifəsi: https://mpmm.imm.az