Tezisin TEX və PDF-fayllarının nümunələrini buradan Abstract template.zip yükləyə bilərsiniz. Tezislər yalnız ingilis dilində və həm PDF, həm də TEX formatda olmaqla tək bir ZİP faylında təqdim olunmalıdır. Həmçinin tezislər 3 səhifədən artıq olmamalıdır. Hər bir iştirakçı yalnız bir tezisin müəllifi kimi elan edilə bilər.
Tezisləri təqdim etmək üçün ilk öncə saytda Qeydiyyatdan keçmək lazımdır. Daha sonra istifadəçi panelinə daxil olub "Tezis göndər" bölməsindən istifadə edərək tezisinizi bizə göndərə bilərsiniz. Tezis göndərərkən müəlliflərin şəxsi məlumatlarını ingilis dilində qeyd etməyinizi sizdən xahiş edirik.
Tezislərin göndərilməsi ilə bağlı hər hansı bir çətinliyiniz olarsa, istifadəçi panelindəki "Mesajlar" bölməsindən istifadə edərək bizimlə əlaqə yarada bilərsiniz.
Tezisin qəbul olunması və konfransda iştirakınızın qeydə alınması haqqında məlumat həm sizin istifadəçi panelinizdə "Göndərilmiş tezislər" bölməsində görünəcək, həm də tezisin göndərilməsi zamanı seçilən "Məsul müəllif"-in elektron ünvanına göndəriləcəkdir.
Tezisin qəbul edilməsi halında yerli iştirakçılar - 30 AZN, xarici iştirakçılar isə - 50 Avro ödəməlidir. Magistrantlar və Doktorantlar qeydiyyat haqqından azaddırlar.
Əgər xarici tələbələr konfransda əyani olaraq iştirak etmək istəyirlərsə, bu zaman konfrans üçün 50 Avro qeydiyyat haqqı ödəməlidirlər.
---
Konfransa təqdim edilən seçilmiş məruzələrin Scopus bazasına daxil edilməsi planlaşdırılır.
Bunun üçün tezisin genişləndirilmiş formasını (3-5 səhifə) [email protected] elektron ünvanına göndərməyiniz tələb olunur.
Məruzələr (uzunluğu 3-5 səhifə) aşağıdakı bölmələrdən ibarət olmalıdır:
• xülasə (100-200 söz)
• açar sözlər (5-10 söz və ifadələr)
• giriş
• problemin ifadəsi
• əsas hissə
• nəticə
• təşəkkürlər (lazım olduqda)
• istinadlar