Yer
  Riyaziyyat və Mexanika İnstitutu 1959-cu ilin may ayının 6-da yaranmış və institutun yaranmasının
        məqsədi ölkəmizdə riyaziyyat və mexanika elmlərinin inkişafına xidmət etmək olmuşdur. İnstitutun əsas
        bazası 1945-ci ildən, yəni Akademiyamızın yarandığı gündən, fəaliyyət göstərən Fizika və Riyaziyyat
        İnstitutunun riyaziyyat sektoru olmuşdur. Fizika və Riyaziyyat İnstitutunda o vaxtlarda da sonrakı
        illərdə olduğu kimi, Azərbaycan Dövlət Universitetinin və Azərbaycan Pedaqoji İnstitutunun bəzi
        əməkdaşları 0,5 ştatda elmi işçilər kimi işləmiş və elmi tədqiqatlar institutda da respublikamızın
        ənənəvi istiqamətləri üzrə aparılmışdır.
        
        
        Hal-hazırda AMEA Riyaziyyat və Mexanika İnstitutunda 222 nəfər fəaliyyət göstərir.
        Onlardan : riyaziyyat üzrə elmlər doktoru – 39, riyaziyyat üzrə fəlsəfə doktoru – 68, elmi dərəcəsi
        olmayan elmi işçilər- 21, ümumi elmi işçilərin sayı – 128 nəfər təşkil edir.
        
        Elmi fəaliyyətlə məşğul olan şöbə sayı – 14, köməkçi şöbə sayı – 7 , texniki şöbə sayı – 1.
   Institut ətrafında bəzi sahələr və təşkilatlar